• Təqvim

  • Maraq



Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

 

GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulu həmin tarixdə qeyd edilən bölgədə – Qazax rayonunda saat 12:00-da keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Vətəndaşlar "[email protected]” elektron poçt ünvanı, 1655 "Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Ağstafa rayonunda (02222) 52995, Qazax rayonunda (02229) 51221, Tovuz rayonunda (02231) 53599, Şəmkir rayonunda (02230) 53049, Gədəbəy rayonunda isə (02232 60004) nömrəli telefonlara zəng edə bilərlər.

 



Facebook-da paylaş