“Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi də Həmrəylik Günündə Vətən müharibəsi şəhidlərinin övladlarını diqqətdən kənarda qoymadı
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi
dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm
etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi
gündür. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Vətən
müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələri və qazilər də unudulmayıb. Şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərən "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi Həmrəylik Günü və
Yeni il bayramında da onları diqqətdən kənarda qoymayıb. Qovşağın rəisi Gündüz Abışov övladları və qovşağın əməkdaşları
ilə birlikdə Xanlıqlar kəndində şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun, şəhərdə şəhid
gizir İsmayılov Tahir Niyazi oğlunun,qazi leytenant Mustafayev Elməddin Elşad oğlunun ailəsini
ziyarət ediblər. Bayram sovqatı təqdim edərək şəhidlərimizin ailələrinə səmimi
təbriklərini, ürək sözlərini çatdırıb, onların əziz xatirəsini dərin ehtiramla
yad ediblər. Qazimizə tez zamanda sağalmasını arzulayıblar. Ölkə Prezidenti cənab
İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin
şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər
birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin də həmin diqqət və
qayğının davamı olduğunu qeyd ediblər. Məlumat
üçün onu da qeyd edək ki, "Aztelekom” MMC-nin Qazax
Telekommunikasiya Qovşağı tərəfindən bu günə kimi 19 nəfər Vətən müharibəsi şəhidinin, 17 nəfər
qazimizin evinə rabitə və internet xəttinin çəkilməsində köməklik göstərilib. "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun ailəsi
"Cəsur döyüşçü"
və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhər sakini, qazi leytenant Mustafayev Elməddin Elşad oğlunun
ailəsi
GOYEZEN.AZ
Facebook-da paylaş