Əsas Səhifə > Şəhidlər > “Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi də Həmrəylik Günündə Vətən müharibəsi şəhidlərinin övladlarını diqqətdən kənarda qoymadı

“Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi də Həmrəylik Günündə Vətən müharibəsi şəhidlərinin övladlarını diqqətdən kənarda qoymadı


31-12-2020, 16:54


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələri və qazilər də unudulmayıb.

Şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərən "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağının kollektivi Həmrəylik Günü və Yeni il bayramında da onları diqqətdən kənarda qoymayıb.

Qovşağın rəisi Gündüz Abışov övladları və qovşağın əməkdaşları ilə birlikdə Xanlıqlar kəndində şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun, şəhərdə şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun,qazi leytenant Mustafayev Elməddin Elşad oğlunun ailəsini ziyarət ediblər. Bayram sovqatı təqdim edərək şəhidlərimizin ailələrinə səmimi təbriklərini, ürək sözlərini çatdırıb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qazimizə tez zamanda sağalmasını arzulayıblar. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd ediblər.

Məlumat üçün onu da qeyd edək ki, "Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı tərəfindən bu günə kimi 19 nəfər Vətən müharibəsi şəhidinin, 17 nəfər qazimizin evinə rabitə və internet xəttinin çəkilməsində köməklik göstərilib.

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi 



"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”  "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi



"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun ailəsi

 

 "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhər sakini, qazi leytenant Mustafayev Elməddin Elşad oğlunun ailəsi


GOYEZEN.AZ


Geri qayıt