Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir - FOTOLAR
Bu gün tam əminliklə
söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri
dövlət qayğısı Qazaxda da yüksək səviyyədə hiss olunur. Bunu son illər dövlət
başçısının qayğısı sayəsində rayonda körpələrin daha
yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şəraitdən aydın şəkildə
görmək olur. Rayonda nəinki yeni məktəb binaları tikilir, eyni
zamanda körpələr evi-uşaq bağçaları da ya inşa olunur, ya da əsaslı şəkildə
yenidən qurulur. Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər
tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud
olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması
istiqamətində gördüyü işlər dediklərimizin əyani sübutudur.
Rayon rəhbərinin uşaqlara
olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət
göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə)
20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir
olunması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. Xəbər
verdiyimiz kimi, 35 yerlik Kosalar kənd 1 saylı
körpələr evi-uşaq bağçasında da əsaslı təmir və
yenidənqurma işləri aparılır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan
bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün
otaqlara plastik pəncərələr qoyulub, suvaqaltı elektrik xətti çəkilib. Xarici və
daxili fasadda suvaq işi başa çatıb. Tavana alçipan vurulub, döşəməyə beton
tökülüb. Sanitar qovşaqların qapıları qoyulub. Hazırda daxili fasada
astar-üzlük vurulur.
Uzun illərdir ki, təmir olunmayan bağçanın
yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın
kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və rayon
rəhbərliyinə minnətdarlıq edirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş