• Təqvim

  • Maraq



Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər davam etdirilir


Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri yüksək dövlət qayğısı Qazaxda da hiss olunmaqdadır. Son illər ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirlər, görülən işlər bunu söyləməyə əsas verir. İldən-ilə tikilən yeni məktəblərin, inşa olunan körpələr evi-uşaq bağçalarının sayının artması həmin qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.

Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlamasının, uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.

Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər hər il olduğu kimi, bu il də uğurla həyata keçirilir. 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir və yenidənqurma işləri aparılır. Rayon rəhbərliyi tərəfindən əsaslı şəkildə yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub. Hazırda xarici fasadda suvaq və döşəmə tavasına torpaq qatının verilməsi işləri görülür. Suvaqaltı elektrik xəttinin çəkilişinə, eləcə də daxili fasadda suvaq və digər işlərə başlanılacaq.

Bağça kollektivi və valideynlər uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayırlar. Bağçanın təmir olunmasına görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər. 



 

GOYEZEN.AZ



Facebook-da paylaş