Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir
Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
respublikamızda uşaq və yeniyetmələrə, gənclərə böyük dövlət
qayğısı göstərilir. Dövlət başçısının rəhbərliyi altında bölgələrdə
yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi həmin
diqqət və qayğının bariz nümunəsidir. Son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Qazaxda
da körpələrin
daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu
sahəni diqqət mərkəzində saxlaması, uşaqlara olan qayğısı sayəsində rayonda
mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə)
20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin
əyani sübutudur. Bu gün razılıq hissi ilə qarşılanan hallardan biri də
odur ki, bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması
istiqamətində görülən işlər bu il də uğurla həyata keçirilir. Əvvəlki
yazılarımızda da xəbər verdiyimiz kimi, rayonda təmirə ehtiyacı olan 35
yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir və
yenidənqurma işləri aparılır. Hazırda bağça binası genişləndirilərək əlavə otaqlar
tikilir ki, həmin otaqların hörgü işləri başa çatıb. Binanın dam örtüyünün
vurulması üçün alt hissənin hazırlıq işləri görülür. Belə ki, artıq beton-kəmər
tökülməsinə başlanılacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş