Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb
Hər kəsə yaxşı məlumdur ki, son illər cənab Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısı respublikamızın hər yerində olduğu
kimi, Qazaxda da hiss olunmaqdadır. Dövlət başçısının rəhbərliyi ilə bütün
bölgələrimizdə yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa
edilməsi isə bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir. Ölkə rəhbərinin qayğısı sayəsində bu gün böyük bir
tikinti meydançasını xatırladan Qazaxda bütün sahələrlə yanaşı azyaşlı
körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə
olunması istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlamasının
nəticəsidir ki, rayonda olan bağçaların tikintisi, eləcə də əsaslı şəkildə
təmir olunması istiqamətində görülən işlər geniş vüsət alıb. Rayonda mövcud
olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin
müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülən işlərin
əyani göstəricisidir. Ötən yazımızda qeyd etdiyimiz kimi, rayonda təmirə
ehtiyacı olan bağçalardan biri də Kosalar kənd 1 saylı körpələr
evi-uşaq bağçasıdır ki, artıq bu bağçada da
əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov həmin bağçada olub, görülən işlərin mövcud
vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, hazırda bağça
binasında söküntü işləri aparılır. Bununla yanaşı tikinti işlərinə də start
verilib. Mövcud vəziyyətlə tanış olan icra
başçısı görülən işlərin keyfiyyətlə aparılmasını bildirib və bununla bağlı
tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş