Əsas Səhifə > Sosial > Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir
Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir3-08-2020, 18:49 |
Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən respublikamızda uşaq və yeniyetmələrə, gənclərə böyük dövlət qayğısı göstərilir. Dövlət başçısının rəhbərliyi altında bölgələrdə yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi həmin diqqət və qayğının bariz nümunəsidir. Son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Qazaxda da körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni diqqət mərkəzində saxlaması, uşaqlara olan qayğısı sayəsində rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani sübutudur. Bu gün razılıq hissi ilə qarşılanan hallardan biri də odur ki, bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər bu il də uğurla həyata keçirilir. Əvvəlki yazılarımızda da xəbər verdiyimiz kimi, rayonda təmirə ehtiyacı olan 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir və yenidənqurma işləri aparılır. Hazırda bağça binası genişləndirilərək əlavə otaqlar tikilir ki, həmin otaqların hörgü işləri başa çatıb. Binanın dam örtüyünün vurulması üçün alt hissənin hazırlıq işləri görülür. Belə ki, artıq beton-kəmər tökülməsinə başlanılacaq.
GOYEZEN.AZ Geri qayıt |