Qazaxda uşaq bağçaları yenidən qurulur
Bu gün Qazax rayonunda bütün sahələrlə yanaşı olaraq gələcəyimiz olan uşaqlara da daim diqqət və qayğı göstərilir. Onların yaxşı təlim-tərbiyə almaları və sağlam mühitdə böyümələri üçün hər cür şərait yaradılır. Buna misal olaraq rayonumuzda tikilən və əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçalarını nümunə göstərmək olar. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində nəinki şəhərdə, eləcə də kəndlərdə olan bağçalar yenidən qurularaq müasir görkəmə salınır. Bu yaxınlarda istifadəyə verilən Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçası bunun ən bariz nümunəsidir.
Hal-hazırda isə yeni tikilmiş şəhər 1 saylı, əsaslı şəkildə təmir olunmuş Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları açılışa tam hazırdır. Eyni zamanda Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evində də son tamamlanma işləri görülür.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün rayonun Hüseynbəyli və Cəfərli kəndlərində olaraq yararsız halda olan uşaq bağçalarına baxıb, mövcud vəziyyətlə tanış olub. İcra Başçısına məlumat verilib ki, hər iki bağça binası darısqal və körpələrin tərbiyə almaları üçün uyğun deyildir. Uzun illər bu binalarda heç bir təmir işləri aparılmamış və bu səbəbdən də belə yararsız hala düşmüşdür.
Mövcud vəziyyətlə yaxından tanış olan Rəcəb Babaşov yaxın vaxtlarda hər iki bağça binasının yenidən qurulması ilə əlaqədar tapşırıqlar verib. Qeyd edib ki, körpələrin sağlam mühitdə böyümələri və yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən nə gəlirsə edəcəyəm.
Rayon rəhbərliyi eyni zamanda hər iki kənddə sakinlərlə görüşüb, onların arzu və təkliflərini dinləyib, tapşırıq və tövsiyələrini verib.
Günün sonunda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında aparılan son tamamlanma işləri ilə də tanış olub. Binada aparılan təmir işlərinin qısa müddətdə başa çatdırılmasını tapşırıb.

Elçin İSMAYIL
Facebook-da paylaş