Əsas Səhifə > Sosial > Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir -
Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir -12-10-2020, 18:22 |
Bu gün tam əminliklə
söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri
dövlət qayğısı Qazaxda da yüksək səviyyədə hiss olunur. Bunu son illər dövlət
başçısının qayğısı sayəsində rayonda körpələrin daha
yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şəraitdən aydın şəkildə
görmək olur. Rayonda nəinki yeni məktəb binaları tikilir, eyni
zamanda körpələr evi-uşaq bağçaları da ya inşa olunur, ya da əsaslı şəkildə
yenidən qurulur. Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər
tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud
olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması
istiqamətində gördüyü işlər dediklərimizin əyani sübutudur.
|