Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü təltiflər onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir
Azərbaycan öz müstəqilliyini əldə
etdikdən sonra dünyada nüfuzu getdikcə artmış və müasir beynəlxalq münasibətlər
sisteminin önəmli aktoruna çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun
ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan
dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası
ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata
keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın
möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli
mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın
xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu
xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi
tanıdı.. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama
Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunu və qüdrətini göstərir. Elm, siyasət, dövlət quruculuğu və
beynəlxalq münasibətlər sahəsində əldə olunmuş uğurlar beynəlxalq səviyyədə dəyərləndirilir və Prezident
İlham Əliyevin qlobal liderliyi yüksək qiymətləndirilir. Dünyanın müxtəlif
dövlətləri tərəfindən təqdim edilmiş Rumıniyanın "Rumıniya Ulduzu” ordeni (11
oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz” ordeni (8
mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq
Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel
2005-ci il), Azərbaycan Respublikasının "Heydər Əliyev” ordeni (28 aprel
2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski
ordeni (14 sentyabr 2005-ci il), Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam”
ordeni (22 dekabr 2005-ci il). Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç
Komandoru” ordeni (29 yanvar 2007-ci il), Polşa Respublikasının "Xidmətlərə
görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il), Ukraynanın 1 dərəcəli "Knyaz
Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il), Küveyt Dövlətinin "Mübarək
əl-Kəbir” ordeni (10 fevral 2009-cu il), Latviya Respublikasının "Üç Ulduz”
ordeninin "Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il), Rus Pravoslav
Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il),
Rumıniyanın "Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci
il). Rumıniyanın "Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il), Bolqarıstan
Respublikasının "Stara Planina” ordeni (14 noyabr 2011-ci il), Tacikistan
Respublikasının "İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il), Belarusun
"Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il), "Serbiya Respublikasının
lentli Ordeni” (22 fevral 2013-cü il), Türkiyə Respublikasının "Dövlət nişanı”
ordeni (12 noyabr 2013-cü il), Ukraynanın "Azadlıq” ordeni (18 noyabr 2013-cü
il). Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il) Azərbaycanın dövlət
başçısının beynəlxalq nüfuzunun və hörmət ehtiramının göstəricisidir. Bütün bunlar Azərbaycan liderinin
böyük siyasi səriştə və uzaqgörənlik nümayiş etdirməsi fonunda istər beynəlxalq
ictimaiyyət, istərsə də xalq və millət qarşısında Azərbaycan dövlətinə və
liderinə olan etimadın hərtərəfli inkişafına gətirib çıxarıb. Dünya azərbaycanlılarının lideri
kimi İlham Əliyev bir çox beynəlxalq nüfuzlu təşkilatların mötəbər mükafatlarına
və fəxri adlarına layiq görülüb. Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il), Lev Qumilyov adına Qazaxıstan
Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü” medalı (1
mart 2004-cü il), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart
2004-cü il), Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan
Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il), Rumıniyanın Ployeşti
Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il), Bolqarıstan
Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr
2005-ci il), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24
aprel 2007-ci il), İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri
doktoru (29 iyul 2007-ci il), Macarıstanın Korvinus Universitetinin fəxri
doktoru (18 fevral 2008-ci il), Moskva Dövlət Universitetinin fəxri professoru
(21 fevral 2008-ci il), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri
doktoru (22 may 2008-ci il), Məxdumqulu adına Türkmənistan Dövlət
Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il), Bakı Dövlət
Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il), Belarus Dövlət
Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il), Tacikistan Milli
Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il), Çinin Renmin
Universitetinin "Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)
Azərbaycan dövlətinin və siyasi liderinin beynəlxalq aləmdə günü-gündən artan nüfuzuna göstərilən
hörmətin nümunəsidir. Bundan başqa, İlham Əliyevin idman sahəsində
göstərdiyi dəstəyin dünyanın nüfuzlu idman təşkilatları tərəfindən yüksək
qiymətləndirilməsi xalqımız tərəfindən sevinclə qarşılanır. Prezident İlham
Əliyevə təqdim edilmiş Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və
sertifikatı (10 oktyabr 2003-cü il), Beynəlxalq Güləş Federasiyasının (FİLA)
xüsusi mükafatı (3 aprel 2004-cü il), Beynəlxalq Olimpiya Komitəsinin
"Olimpiya” ordeni (19 aprel 2004-cü il), Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi
mükafatı (1 may 2004-cü il), Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon”
Şərəf ordeni (27 may 2005-ci il), MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq
Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il), Beynəlxalq Güləş
Federasiyasının (FİLA) "İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il),
Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il),
Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya” ordeni (27 dekabr 2007-ci il),
Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart
2008-ci il), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf” nişanı (15 may 2009-cu
il), Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun
2015-ci il) istər ölkə idmanının inkişafında, istərsə də beynəlxalq idman
aləmində idmanın inkişafında İlham Əliyevin böyük xidmətlərinin olmasından
xəbər verir. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş