Əsas Səhifə > Mədəniyyət > Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü təltiflər onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir

Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü təltiflər onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir


24-12-2021, 17:34


Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra dünyada nüfuzu getdikcə artmış və müasir beynəlxalq münasibətlər sisteminin önəmli aktoruna çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər sahəsində əldə olunmuş uğurlar beynəlxalq səviyyədə dəyərləndirilir və Prezident İlham Əliyevin qlobal liderliyi yüksək qiymətləndirilir. Dünyanın müxtəlif dövlətləri tərəfindən təqdim edilmiş Rumıniyanın "Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il), Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il), Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il), Azərbaycan Respublikasının "Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il), Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il). Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il), Polşa Respublikasının "Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il), Ukraynanın 1 dərəcəli "Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il), Küveyt Dövlətinin "Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il), Latviya Respublikasının "Üç Ulduz” ordeninin "Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il), Rus Pravoslav Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il), Rumıniyanın "Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il). Rumıniyanın "Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il), Bolqarıstan Respublikasının "Stara Planina” ordeni (14 noyabr 2011-ci il), Tacikistan Respublikasının "İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il), Belarusun "Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il), "Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il), Türkiyə Respublikasının "Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il), Ukraynanın "Azadlıq” ordeni (18 noyabr 2013-cü il). Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il) Azərbaycanın dövlət başçısının beynəlxalq nüfuzunun və hörmət ehtiramının göstəricisidir.

Bütün bunlar Azərbaycan liderinin böyük siyasi səriştə və uzaqgörənlik nümayiş etdirməsi fonunda istər beynəlxalq ictimaiyyət, istərsə də xalq və millət qarşısında Azərbaycan dövlətinə və liderinə olan etimadın hərtərəfli inkişafına gətirib çıxarıb.

Dünya azərbaycanlılarının lideri kimi İlham Əliyev bir çox beynəlxalq nüfuzlu təşkilatların mötəbər mükafatlarına və fəxri adlarına layiq görülüb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il), Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il), İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru (29 iyul 2007-ci il), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il), Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il), Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il), Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il), Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il), Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il) Azərbaycan dövlətinin və siyasi liderinin beynəlxalq aləmdə günü-gündən artan nüfuzuna göstərilən hörmətin nümunəsidir.

Bundan başqa, İlham Əliyevin idman sahəsində göstərdiyi dəstəyin dünyanın nüfuzlu idman təşkilatları tərəfindən yüksək qiymətləndirilməsi xalqımız tərəfindən sevinclə qarşılanır. Prezident İlham Əliyevə təqdim edilmiş Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il), Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il), Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya” ordeni (19 aprel 2004-cü il), Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il), Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il), MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il), Beynəlxalq Güləş Federasiyasının (FİLA) "İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il), Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il), Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya” ordeni (27 dekabr 2007-ci il), Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf” nişanı (15 may 2009-cu il), Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il) istər ölkə idmanının inkişafında, istərsə də beynəlxalq idman aləmində idmanın inkişafında İlham Əliyevin böyük xidmətlərinin olmasından xəbər verir.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru


Geri qayıt