Dinamik iqtisadi inkişaf möhtəşəm Zəfərimizin təminatçısı oldu
Azərbaycan Respublikasının Ümummilli
Lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və inkişafının
möhkəmlənməsinə yönələn uzaqgörən siyasəti Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son 18 ilin
inkişaf göstəriciləri, genişlənən siyasi-iqtisadi imkanlar, beynəlxalq aləmdə
günü- gündən artan nüfuzumuz, əldə etdiyimiz uğurlu nəticələr ölkədə həyata
keçirilən siyasətin və aparılan islahatların yüksək səviyyədə olmasının əyani
sübutudur. Prezident
İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində dünyada maliyyə-iqtisadi
böhranın hökm sürdüyü bir dövrdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı
təmin edilib, nəzərdə tutulan bütün proqramlar, islahatlar, infrastuktur
layihələri müvəffəqiyyətlə həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ifadəsi bu gün Azərbaycanın
uğurları, əhalinin maddi – rifah halı, möhtəşəm Zəfərimizin fonunda öz
təsdiqini tapmış, ölkəmiz praqmatik siyasətçi İlham Əliyevin uğurlu daxili, xarici
siyasəti sayəsində keçmişin bütün buxovlarından azad olaraq böyük uğurlara imza
atmışdır. İqtisadi müstəqillik müasir Azərbaycanın siyasi
müstəqilliyinin bünövrəsidir və dayaqları Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Məhz onun tərəfindən əsası qoyulan iqtisadi islahatlar və strategiyanın bu gün
uğurla davam etdirilməsinin nəticəsidir ki, neft strategiyası yüksək səviyyədə
reallaşıb, ölkədə makroiqtisadi sabitlik davamlılığı təmin edilib, ölkəmiz
beynəlxalq aləmdə öz mövqeyini durmadan möhkəmləndirib və arzuedilən tərəfdaş
kimi xarici sərmayədarların məkanına çevrilib. Azərbaycan beynəlxalq güclər
tərəfindən qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modeli kimi dünyada
və regionda lider dövlət statusu alıb. Bu isə dövlətimizin ən möhtəşəm uğuru
kimi həm də xalqın dövləti dəstəkləməsi sayəsində reallaşıb. Bu baxımdan İlham
Əliyevin "Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır” ifadəsi
təkzibedilməz reallıq kimi öz təsdiqini tapmaqdadır. Azərbaycan bütün bu
inkişaf dinamikası sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilib,
etibarlı tərəfdaş kimi dünyanın bir çox mötəbər qurumları ilə əməkdaşlıq edir,
axarını müəyyənləşdirən və siyasətini beynəlxalq hüququn norma və prinsipləri,
o cümlədən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə
müdaxilə edilməsi prinsipləri əsasında qurur. İqtisadi cəhətdən ən dinamik
inkişaf edən ölkələrdən olan Azərbaycan həm regionda, həm beynəlxalq müstəvidə
öz yeri və xüsusi çəkisi olan bir dövlət kimi qlobal əhəmiyyətli iqtisadi,
siyasi və humanitar tədbirlərin keçirildiyi məkandır və bu da dövlətimizin
diplomatik uğurudur. Azərbaycan həm də digər beynəlxalq nüfuzlu təşkilatlar
kimi İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. Türkmənistanın paytaxtı
Aşqabat şəhərində 28 noyabrtarixində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı zamanı
Prezident İlham Əliyev çıxış etmiş və bildirmişdir ki, Azərbaycan beynəlxalq
platformalarda o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı
çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq
edir. Türkmənistanın paytaxtı Aşqabad
şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)
XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyev çıxışında bildirdi ki,
Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda yerləşəcək İqtisadi
Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin
edilməsi üçün lazımi dəstək göstəriləcəkdir. Son 18 il ərzində Azərbaycan
iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox
artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə
iqlimi yaradılmışdır. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan
190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280
milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici
sərmayədir. Azərbaycanın strateji valyuta
ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu
ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna
qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində
Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik
təqribən 6 faiz səviyyəsindədir. Prezident İlham Əliyev onu da qeyd
etdi ki, Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək
qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan
hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə
rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos
hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına
görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava
nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları
xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti
baxımından 27-ci yerdədir. Göründüyü kimi, ölkəmiz COVID-19
pandemiyası təsirinə məruz qalsa da, Ermənistanın hərbi təxribatlarına cavab
olaraq Vətən müharibəsini yaşasa da, iqtisadiyyat böhranla üzləşməyib. Əksinə,
bu sahə dinamik inkişafını, dayanıqlılığını qoruyub saxlaya bilib. Buna, ilk
növbədə, aparılan düzgün siyasətin, eyni zamanda, son 18 il ərzində yaradılan
iqtisadi təməlin mövcudluğu nəticəsində nail olunub. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər Əliyev Mərkəzinin
direktoru
Facebook-da paylaş