• Təqvim

  • Unutma

  • Maraq



“Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir”


Bütün atılan addımlar və qəbul olunan qərarlar - regionların sosial-iqtisadi inkişafı dövlət proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz - bütün bu işlərin fövqündə müqəddəs an dayanmışdı – Zəfər Günü. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, xalqımız məkrli düşmənlərin hazırladığı uçuruma yuvarlanmadı, fəlakətdən yan keçdi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Cəbhə xəttindəki hərbi hissələrə təlim meydanlarına gedən komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Təməli Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına Heydər Əliyev istiqamətləndirmişdi. Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Azərbaycan xalqı 2003-cü ildə və ondan sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin siyasətinə səs verib. Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi. Ümummilli Lider Azərbaycanın inkişafı, çiçəklənməsi əhalisinin rifah halının daha da yüksəlməsi üçün çalışmışdır.

Heydər Əliyev siyasətinin müdrikliyi, onun atdığı taktiki və strateji addımların sayəsində Azərbaycan üçün həyati əhəmiyyəti olan mənfi təzahürlər qısa müddətdə aradan qaldırıldı, Azərbaycan Respublikası özünə layiqli yer tutdu, diplomatiya sahəsində bir-birinin ardınca möhtəşəm qələbələr əldə etdi, inkişaf etmiş ölkələrlə dostluq və əmakdaşlıq münasibətləri quruldu. Qısa müddət ərzində Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqələr yaratdı.

Azərbaycan bugünkü inkişafı ilə siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bu nəticənin əldə olunmasında ölkəya rəhbərlik edən dahi siyasətçinin Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Qazax Rayon Heydər Əliyev Mərkəzi



Facebook-da paylaş