Tarixi ədalət bizimlədir!
XX yüzilliyin
sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən sayılır. Çünki ölkəmiz
daxili və xarici düşmənlərin əli ilə parçalanaraq məhvə sürüklənirdi. Azərbaycan
xalqının təkidli tələbi və xahişi ilə dahi siyasətçi Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışı ölkəni getdikcə güclənməkdə olan daxili xaosdan və fəlakətdən
xilas etdi. Bu dövrlərdə daha da azğınlaşan erməni şovinistləri ölkədəki daxili
siyasi proseslərdən və səriştəsiz rəhbərlik səbəbindən tarixi ərazilərimizi
bir-birinin ardınca işğal edir və azərbaycanlıları öz dədə-baba torpaqlarından
məcburi surətdə köçürürdülər. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ərazilərin
işğalı dayandırıldı. Atəşkəs imzalandı və ordu quruculuğuna başlandı. Azərbaycanın
müstəqilliyinin ilk illərində yaşanan xaos, hərc-mərclik 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı.
Uğurlu iqtisadi
layihələr, səmərəli energetika kontraktları sayəsində ölkənin iqtisadiyyatı
gücləndirildi, beynəlxalq münasibətlərdə müsbət dəyişikliklər əldə edildi, xarici
dövlətlərlə mehriban dostluq, qardaşlıq əlaqələri quruldu. Məhz Heydər Əliyevin
apardığı uğurlu xarici diplomatiya nəticəsində dünya dövlətlərinin ölkəmizin
zorla cəlb etdiyi silahlı münaqişəyə münasibəti dəyişdi. BMT Təhlükəsizlik Şurası və Baş Məclisi tərəfindən qətnamə, AŞPA
və ATƏT tərəfindən qətnamə və qərarlar qəbul edildi. Lakin Qərb və Rus
diplomatik gücü ilə formalaşdı. Xristian Ermənistana himayəçilik, münaqişənin
dondurulması, süni yaradılmış çətinliklər, xristian həmrəyliyi bütün bu
qanunların kağız üzərində qalmasına səbəb oldu.
Heydər Əliyevin
siyasi kursuna sadiqlik nümayiş etdirən İlham Əliyev dəfələrlə beynəlxalq
tribunalarda münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bəyan etsə də
sentyabrın 27-də bu münaqişənin son həddi oldu. Ermənilərin silahlı təxribatının
qarşısını almaq məqsədilə hərbi əməliyyatlara başlayan Azərbaycan özünün
münaqişənin sülh yolu ilə həlli baş tutmadı zərurət yaranarsa, hərb yolunun
istisna olmayacağı təqdirdə qısa müddətdə yaratdığı müasir, beynəlxalq
standartlara cavab verən güclü və mütəşəkkil ordusunun sayəsində tarixi ədaləti
bərpa edəcəyini sübut etdi.
2003-cü ildən daha
da qüvvətlənən, müasir və döyüş texnikası ilə güclənən ordumuz NATO nümunəsində
ordu quruculuğu sayəsində müharibədə Zəfər çaldı, düşməni əzəli
torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. 7 rayon, Şuşa şəhərini,
Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrud rayonunu, keçmiş Martunu
rayonunun böyük hissəsini azad etdi. Öz ərazi bütövlüyünü bərpa edərək tarixi
nailiyyətə imza atdı.
Amma heç vaxt
mülki əhaliyə qarşı müharibə aparmadı. Ermənistandan fərqli olaraq müharibə
dövründə ancaq hərbi birləşmələrə qarşı vuruşdu, hərbi silah-sursat mərkəzlərini,
döyüş nöqtələrini məhv etdi. Bununla da dünya döyüş tarixinə yeni səhifələr
yazdı.
Azərbaycan
durduqca, müstəqilliyimiz yaşadıqca hələ əsrlər boyunca bu tarixi qələbə
insanların dilindən düşməyəcək, hafizəsindən silinməyəcək. Qədirbilən xalqımız
müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevi və bu müstəqilliyi qoruyub
saxlayan, inkişaf etdirərək ən yüksək
zirvələrə çatdıran, tariximizə Zəfər yazan (tarixi ərazilərimizi düşməndən azad
edərək) Ali Baş Komandan İlham Əliyevi və onun müzəffər ordusunu daim şanlı tarixində yaşadacaq, milli birlik, qətiyyət,
qüdrət simvolu olan əzəmətli abidə kimi qəlblərdə ucaldacaqlar.
Eşq olsun Azərbaycan
xalqına!
Yaşasın cənab Ali
Baş Komandan!
Afaq MEHDİYEVA,
Qazax Rayon Heydər
Əliyev Mərkəzində elmi işçi
Facebook-da paylaş