Qazaxda Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Azərbaycanın milli sərvətlər xəzinəsi” adlı tədbir keçirilib
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən
bir il ötür. 44
günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevindiplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun
şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri
boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın
baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər
rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil
olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Kəlbəcərin düşmən
tapdağından azad edilməsinin birinci ildönümü qeyd olunub. Noyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət
İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş "Azərbaycanın
milli sərvətlər xəzinəsi” adlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektoru şöbəsində aparıcı
məsləhətçi Həsən Yusifli, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı Gənclər
Birliyinin sədri Kənan Hüseynli, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax Rayon Şöbəsinin sədr
müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, təqaüddə olan məktəb
direktoru, "Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova, Qazax şəhər Qaratel
Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, rayon mədəniyyət
müəssisələrinin direktorları və əməkdaşları iştirak ediblər. Tədbir
Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış Kəlbəcər rayonunun
işğaldan azad olunmasının birinci ildönümü haqqında videorolikin nümayişi ilə
başlayıb. Sonra torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Mərkəzinin
direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını
salamlayıb, Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü
münasibətilə səmimi ürək sözlərini çatdırıb. Kəlbəcər rayonu haqqında geniş məruzə
ilə çıxış edərək bildirib ki, cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa, Zəngilan,
Xocavənd düşməndən azad edildi. 10 noyabr tarixində isə Ermənistanın
kapitulyasiya edilməsi ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana
qaytarıldı. C.Hüseynova 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərə
görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən uğrunda canından keçən şəhidlərimizə,
sağlamlığını itirən qazilərimizə bir ömür boyu borclu və minnətdar olduğumuzu
qeyd edib.
Qazax RİH başçısı
aparatında İnformasiya təminatı və təhlil
sektoru şöbəsində aparıcı məsləhətçi Həsən Yusifli çıxış edərək
doğma diyarımız olan Kəlbəcərin azad olunması münasibətilə ürək sözlərini bölüşüb.
Kəlbəcərin artıq öz sakinlərinə qucaq açıb, öz tarixi sahiblərini qarşılamaq
üçün hazır olduğunu bildirib. O, qeyd edib ki, biz əminik ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində füsunkar təbiəti, zəngin
mədəni irsi olan Kəlbəcər əvvəlki şöhrətini yenidən bərpa ediləcək.
"Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin
Qazax Rayon Şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq
Alıyev çıxış edərək bütün bu illər ərzində dövlətimizin bu ədalətsizliyi aradan
qaldırmaq üçün sülh danışıqlarına üstünlük verməsinə baxmayaraq Ermənistanın
destruktiv mövqeyindən əl çəkməməsindən və dəfələrlə Azərbaycana qarşı hərbi
siyasi təxribatlara əl atmasından, sərsəm bəyanatlarla beynəlxalq ictimaiyyət
qarşısında öz işğalçılıq siyasətini sərgiləməkdən çəkinməməsindən danışıb.
Q.Hacımahmudova
adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü Kəlbəcər rayonu haqqında
danışaraq bildirib ki, 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası
Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində
511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü, həmçinin Kəlbəcərin
60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti
məskunlaşmağa məcbur oldu.
Təqaüddə olan məktəb
direktoru, "Tərəqqi” medalına layiq görülmüş Safura Rəhimova bildirib ki, ermənilərin
Azərbaycana qarşı başlatdıqları ərazi iddiaları hərbi işğalçılıq siyasətinə rəvac
vermiş və bu siyasət torpaqlarımızın iyirmi faizinin işğalı, azərbaycanlılara
qarşı etnik təmizləmə, deportasiya ilə nəticələnmişdi. Buna səbəb isə həmin
dövrdə Azərbaycanda hakimiyyəti zorla ələ almış, siyasətdən kənar qüvvələrin məsuliyyətsizliyi olmuşdur.
YAP Qazax Rayon Təşkilatı
Gənclər Birliyinin sədri Kənan Hüseynli müstəqil və qalib dövlətin gənci olması
ilə fəxr etdiyini bildirib. Azərbaycan
xalqıının özünün beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edərək
qələbə çaldığını vurğulayıb. Kəlbəcərin bir güllə atılmadan öz tarixi
sahiblərinə qaytarılmasını ölkə Prezidentinin və şanlı ordumuzun növbəti uğuru
kimi qiymətləndirib.
Qazax Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək Kəlbəcərin ərazisində 30 min
ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri,
çöp şəkilli qədim türk əlifbası nümunələri ilə zəngin olduğunu, işğal dövründə
isə bütün tarixi abidələrin bilərəkdən ermənilər tərəfindən saxtalaşdırıldığını
bildirib. Tədbirdə ümumi bir
fikir ifadə olunub ki, Kəllbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini
bir daha təsdiq edir. GOYEZEN.AZ
Facebook-da paylaş