İcra başçısı rayonda aparılan abadlıq işləri ilə tanış olub
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul
edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu
icrası sayəsində respublikamızda genişmiqyaslı quruculuq işləri həyata
keçirilir. Bütün bölglərimizlə yanaşı, son dövrlər Qazax rayonu da böyük
tikinti meydançasını xatırladır. Bunu ildən-ilə, gündən-günə rayonda geniş
miqyas alan abadlıq işlərindən də görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC
tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən
qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması,
səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin
səliqəyə salınması bu dediklərimizin əyani sübutudur. Şəhərin Heydər
Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn
Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn,
Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə
çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən
4,5, Ələddin Qədirov küçəsində
yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində
abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilib. Rayonda aparılan quruculuq işləri bu gün də davam
etdirilir. Respublikamızda əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda
uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok
və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün
rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış
binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə
çatdırılıb. Hazırda şəhərin Hüseyn Arif küçəsində
yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin
yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində
su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün abadlıq işləri
aparılır. Belə ki, bina sakinlərinin rahat şəkildə gediş-gəlişini təmin etmək
üçün binaların həyətinə asfalt örtüyü vurulur. MİS-in balansında olan Zeynalabdin Tağıyev 22
ünvanında yerləşən birmərtəbəli binanın dam örtüyü də yenilənib, 20 saylı binada davam edir. Səməd Vurğun
küçəsində isə sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün səkilərə tamet
döşənir. Abadlıq işi aparılan daha bir ünvan isə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkdır.
Mayın 31-də Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan ərazilərdə olub,
işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını
verib. Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla
qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq
edirlər. Hüseyn Arif küçəsində yerləşən 2,3,4,5 saylı
çoxmənzilli yaşayış binalarının həyəti Səməd Vurğun küçəsi Zeynalabdin Tağıyev 20,22
GOYEZEN.AZ
Facebook-da paylaş