İcra başçısı görülmüş işlərlə tanış olub
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının
uğurlu icrası sayəsində son illər respublikamızda, eləcə də bölgələrimizdə genişmiqyaslı
quruculuq işləri aparılır. Son dövrlər böyük tikinti meydançasını xatırladan
Qazax rayonu da ildən-ilə, gündən-günə abadlaşan bölgələrimiz sırasında
dayanır. Bunu ölkə rəhbərinin tapşırığına
əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və
tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra
prospekt və küçələrin asfaltlanmasından, səkilərə yeni tamet, bardür
düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın
şəkildə görmək olur. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah
Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin
Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin
Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni
asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən
61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində
yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən
4,5, Ələddin Qədirov küçəsində
yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində
abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilib. Rayonda aparılan quruculuq işləri bu gün də davam
etdirilir. Respublikamızda əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda
uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok
və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün
rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış
binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə
çatdırılıb. Hazırda şəhərin Hüseyn Arif küçəsində
yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi
ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının
həyətində su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün abadlıq
işlərinin aparılması, MİS-in balansında
olan Zeynalabdin Tağıyev 22 ünvanında yerləşən birmərtəbəli binanın dam
örtüyünün yenilənməsi, Səməd Vurğun küçəsində sakinlərin rahat gediş-gəlişini
təmin etmək üçün səkilərə tamet döşənməsi, Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan parkda abadlıq işlərinin aparılması rayonda abadlıq
işlərinin bundan sonra da davam etdirilməsi deməkdir. Mayın 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov abadlıq işləri aparılan ərazilərdə olub, işlərin mövcud
vəziyyəti ilə maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Ölkə başçısının rəhbərliyi altında respublikamızda,
eləcə də Qazaxda genişmiqyaslı
quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla
qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq
edirlər. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan park Zeynalabdin Tağıyev küçəsi 22 Səməd Vurğun küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş