• Təqvim

  • Unutma

  • Maraq



“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qazaxda magistral yerüstü qaz xəttinin çəkilişi zamanı yol verilmiş nöqsanlar qısa vaxtda aradan qaldırılacaq


Ötən yazımızda Qazax rayonunda şəhər sakinlərinin mavi yanacağa olan tələbatını daha da yaxşılaşdırmaq məqsədilə "Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən magistral yeraltı qaz xəttinin yeni yerüstü qaz xətti ilə əvəzlənməsi işlərinin aparılması barədə məlumat vermişdik. Eyni zamanda sözügedən idarə tərəfindən görülmüş işlər kor-təbii aparıldığından vətəndaşların haqlı narazılığına səbəb olması, bu məqsədlə də çoxsaylı vətəndaş müraciətini nəzərə alaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri və Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi üzrə rəis müavini Səbuhi Əliyevlə birlikdə çəkiliş aparılmış həmin əraziyə yerində baxış keçirməsi və işlərin dayandırılması haqqında qeyd etmişdik. Yerində aidiyyatı üzrə bildirilən iradlar, edilən xəbərdarlıqlar artıq öz müsbət nəticəsini verir. Belə ki, çəkiliş zamanı yol verilmiş nöqsanlar qısa vaxtda aradan qaldırılacaq.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Şəmkir Regional Qaz İstismar İdarəsinin rəisi Zaur Məmmədov və Şəmkir RQİİ-nin Qazax Xidmət Sahəsi üzrə rəis müavini Səbuhi Əliyevlə birlikdə yenidən həmin əraziyə baxış keçirməsi, qeyd edilən çatışmazlıqların, bildirilən nöqsanların geniş şəkildə müzakirə olunması və aidiyyatı üzrə bir daha ciddi tapşırıq verilməsi onu söyləməyə əsas verir ki, bu məsələ yaxın zamanda müsbət həllini tapacaq.

Məlumat üçün bir daha qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsinin sol istiqamətində yeraltı keçən diametri 159 mm-lik orta təzyiqli magistral qaz xətti diametri 219 mm-lik yerüstü qaz xətti ilə əvəzlənir. Hazırda bu günə kimi 1171 p/m uzunluğunda yeni magistral yerüstü qaz xətti çəkilib.





 





 

GOYEZEN.AZ



Facebook-da paylaş