• Təqvim

  • Unutma

  • Maraq



“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qazaxda magistral yerüstü qaz xəttinin çəkilişi dayandırılıb


Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da əhalinin mavi yanacaqla təminatı sahəsində işlər davam etdirilir. Rayonda əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən işlər daim diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Qazax 100 faiz qazlaşdırılmış bölgələrimiz sırasında dayanır.

Bütün bunlarla yanaşı, şəhər sakinlərinin mavi yanacağa olan tələbatını daha da yaxşılaşdırmaq üçün "Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən magistral yeraltı qaz xəttinin yeni yerüstü qaz xətti ilə əvəzlənməsi işləri həyata keçirilir. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsinin sol istiqamətində yeraltı keçən diametri 159 mm-lik orta təzyiqli magistral qaz xətti diametri 219 mm-lik yerüstü qaz xətti ilə əvəzlənir. Hazırda bu günə kimi 1171 p/m uzunluğunda yeni magistral qaz xətti çəkilib.

Görülən hər bir iş öz keyfiyyətinə görə göz oxşamalı, şəhərin gözəlliyinə rəng qatmalıdır. Təəssüflər olsun ki, "Azəriqaz” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi tərəfindən görülmüş işlər kor-təbii aparıldığından nəinki göz oxşayır, eyni zamanda şəhərin gözəlliyinə də kölgə salır. Qaz xəttinin çəkilişi zamanı əyri qoyulmuş dayaqlar şəhərdə görülmüş işlərə kölgə salmaqdan başqa bir işə yaramır.

 

Məhz bu məqsədlə çoxsaylı vətəndaş müraciətini nəzərə alaraq bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi üzrə rəis müavini Səbuhi Əliyevlə birlikdə çəkiliş aparılmış həmin ərazidə olub. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri aidiyyatı üzrə öz iradlarını bildirib, xəbərdarlıq edib. Çəkiliş zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasını bildirib və işlərin davam etdirilməsi dayandırılıb.





 

GOYEZEN.AZ



Facebook-da paylaş