Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir
Qazaxda
əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən
işlər daim diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin nəticəsidir
ki, bu gün Qazax 100 faiz qazlaşdırılmış bölgələrimiz sırasında dayanır. Bütün
bunlarla yanaşı, rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması da
gündəmdə duran məsələlərdəndir. Bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü
işlər görülür. Növbəti qaz xəttinin çəkilişləri isə Ağstafa çayının sağ
tərəfində yerləşən ərazidə, eləcə də şəhərin N.Tusi və Bakı küçəsi 1 ünvanında
salınmış yeni yaşayış massivlərində davam etdirilir.
Bu gün
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının
məsul şəxsləri və Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət
Sahəsinin rəisi İlkin Nəsibov qaz xəttinin çəkilişi aparılan həmin yeni yaşayış
massivində görülən işlərlə tanış olublar.
Görülən
işlər barədə məlumat verən sahə rəisi Anar Məmmədov bu yaşayış massivində ilkin
olaraq 16 evin qaz xəttinin çəkilişlərinə başlanıldığını bildirib. Diametri 76
mm-lik olan boru xəttinin uzunluğunun 135 paqonmetr olduğunu qeyd edib. 57 küçə
xəttinin, eləcə də 735 metr yerüstü xəttin çəkildiyini vurğulayıb. Sözügedən
əraziyə qaz xəttinin çəkilməsi ilə yanaşı evlərdə sayğac və fərdi
tənzimləyicinin də quraşdırılacağını söyləyib.
Birinci
müavin mövsümlə əlaqədar olaraq işlərin tez bir zamanda başa çatdırılmasını
bildirib, bununla bağlı bəzi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş