Əsas Səhifə > Manşet / Sosial > Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir

Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir


12-07-2019, 14:11

Qazaxda əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən işlər daim diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Qazax 100 faiz qazlaşdırılmış bölgələrimiz sırasında dayanır. Bütün bunlarla yanaşı, rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması da gündəmdə duran məsələlərdəndir. Bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görülür. Növbəti qaz xəttinin çəkilişləri isə Ağstafa çayının sağ tərəfində yerləşən ərazidə, eləcə də şəhərin N.Tusi və Bakı küçəsi 1 ünvanında salınmış yeni yaşayış massivlərində davam etdirilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri və Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin rəisi İlkin Nəsibov qaz xəttinin çəkilişi aparılan həmin yeni yaşayış massivində görülən işlərlə tanış olublar.

Görülən işlər barədə məlumat verən sahə rəisi Anar Məmmədov bu yaşayış massivində ilkin olaraq 16 evin qaz xəttinin çəkilişlərinə başlanıldığını bildirib. Diametri 76 mm-lik olan boru xəttinin uzunluğunun 135 paqonmetr olduğunu qeyd edib. 57 küçə xəttinin, eləcə də 735 metr yerüstü xəttin çəkildiyini vurğulayıb. Sözügedən əraziyə qaz xəttinin çəkilməsi ilə yanaşı evlərdə sayğac və fərdi tənzimləyicinin də quraşdırılacağını söyləyib.

Birinci müavin mövsümlə əlaqədar olaraq işlərin tez bir zamanda başa çatdırılmasını bildirib, bununla bağlı bəzi tapşırıq və tövsiyələrini verib.






 

GOYEZEN.AZ


Geri qayıt