Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir
Son illər ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan bir sıra Sərəncam və
proqramlar çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin qazlaşdırılması uğurla davam edir. Sevindirici haldır ki, son illər əhalinin və digər
istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının bərpası, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı
təmiri paytaxt Bakı ilə yanaşı respublikanın bütün bölgələrini əhatə edir. Respublikamızın hər yerində
olduğu kimi Qazaxda da əhalinin mavi yanacağa olan tələbatının
yaxşılaşdırılması istiqamətində görülən işlər daim diqqət mərkəzində
saxlanılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Qazax 100 faiz
qazlaşdırılmış bölgələr sırasındadır. Bütün bunlarla yanaşı rayonda yeni
salınan yaşayış massivlərinin qazlaşdırılması da gündəmdə duran məsələlərdəndir.
Bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görülür. Şəmkir Regional Qaz İstismar
İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən 2019-cu ilin yeni yaşayış massivlərinin
qazlaşdırılması proqramına uyğun olaraq şəhər ətrafı beş yaşayış massivində -
N.Nərimanov qəsəbəsində Su-15 adlanan ərazidə, Ağstafa çayının sağ sahilində,
N.Nərimanov küçəsi, Bakı küçəsi və Cəfərli kəndində görülən işlər əhalinin qaz
təminatının yaxşılaşdırılması deməkdir. Bu məqsədlə
diametri 48 mm-lik 652 p/m, 57 mm-lik 8028 p/m, 76 mm-lik 2745 p/m, 89 mm-lik
755 p/m qaz xətti çəkilərək abonentlər mavi yanacaqla təmin olunub. Ümumilikdə,
5 yaşayış massivində 118 yeni abonentə 12180 paqonmetr qaz xətti çəkilərək sakinlərin
mavi yanacağa olan tələbatı ödənilib. Bu sahədə görülən işlər bundan sonra da
davam etdiriləcək. GOYEZEN.AZ
Facebook-da paylaş