İcra başçısı şəhərdə aparılan abadlıq işləri tanış olub
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı sayəsində Qazaxda böyük layihələrdən biri
reallaşmaqdadır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax
şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur ki, həyata
keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya
xətlərinin çəkilişi ilə yanaşı işlərin başa çatdırıldığı küçələrdə abadlıq
işləri də aparılır. Eyni zamanda, görülmüş işlərin keyfiyyətlə aparılması daim
diqqət mərkəzində saxlanılır, rayon rəhbərliyi tərəfindən nəzarət olunur. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyəti şəxslərlə
birlikdə su-kanalizasiya xəttinin çəkilişi aparılan və yeni asfalt vurulacaq Heydər Əliyev
prospektində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə yerinə yetirilməsi
istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib. Məlumat üçün qeyd
edək ki, görülmüş işlər nəticəsində
artıq şəhərin Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə
yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq
işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim
edilib. Hazırda şəhərdə
ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi
sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt
vurulacaq. Həmçinin, Bakı küçəsində
səkilərə yeni tamet döşənir, bardür düzülür. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızda, eləcə də Qazaxda aparılan
quruculuq işlərini rayon sakinləri
də razılıq hissi ilə qarşılayırlar. Görülmüş işlərə görə ölkə Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildirirlər.
Yeni tamet və asfalt vurulacaq Heydər Əliyev prospektində hazırlıq işləri GOYEZEN.AZ
Facebook-da paylaş