İcra başçısı şəhərdə abadlıq işləri aparılan ərazilərdə olub və aidiyyəti üzrə tapşırıqlarını verib
Xəbər verdiyimiz kimi, artıq xeyli müddətdir ki, Qazax
şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ölkə
Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam
etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə
yanaşı işlərin başa çatdırıldığı küçələrdə abadlıq-quruculuq işləri də
aparılır. Görülmüş işlər nəticəsində artıq şəhərin Molla Pənah Vaqif, Səməd
Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz
Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd
Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə
yeni asfalt vurulub. Həmçinin, küçələrlə yanaşı çoxmənzilli yaşayış binalarının
həyətlərində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi
sakinlərə təqdim olunur. Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49 saylı, Heydər
Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən
92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş
işlər bunun bariz nümunəsidir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya
xəttinin çəkilişi aparılan və yeni asfalt
vurulacaq Heydər Əliyev prospektində, eləcə də digər
ərazilərdə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə aparılmasını qeyd
edən icra başçısı bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Rayon rəhbəri bu gün həm də yeni asfalt vurulan Mehdi
Hüseyn küçəsində olub. Məlumat üçün
onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi
sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt
vurulacaq. Həmçinin, Bakı küçəsində səkilərə
yeni tamet döşənir, bardür düzülür. Son illər ölkə başçısının rəhbərliyi altında
respublikamızda, eləcə də Qazaxda aparılan
quruculuq işləri rayon sakinləri
tərəfindən də razılıq hissi ilə qarşılanır və bu işlərə görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Yeni asfalt vurulan Mehdi Hüseyn küçəsi
Yeni tamet vurulan Heydər Əliyev prospekti
Heydər Əliyev prospekti
Yeni tamet vurulan Bakı küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş