Qazaxbəyli kənd uşaq bağçasında işlərin xeyli hissəsi görülüb
Bu gün Azərbaycanda
uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi
yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı
prioritet məsələlərdəndir. Uşaqlarla bağlı dövlət siyasətinin əsası isə ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Azərbaycan uşaqlarını ən
əzizi, doğması hesab edərək demişdir: "Mənim üçün ən əziz nemət Azərbaycanın
uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu
gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın
gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Bəli, bu gün
gənclərimiz, uşaqlarımız haqqında deyilmiş bu dəyərli fikirlər bu gün də öz
real əksini tapır. Çünki ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq
qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını
yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu, şəxsən
fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir,
bu sahəni daim diqqət mərkəzində saxlayırlar. Təqdirəlayiq hal isə odur
ki, dövlətin uşaqlarla bağlı həyata keçirdiyi məqsədyönlü işlər təkcə paytaxt
Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Ölkəmizin hər
yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin
sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması
istiqamətində əməli işlər görülür. Son 3 ildə rayon rəhbərinin
bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda olan bağçaların tikintisi
və yaxud da əsaslı şəkildə təmir olunması bu istiqamətində görülən işlərin əyani
sübutudur. Uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, bu gün rayonda mövcud olan
25 uşaq bağçasından 17-si tam müasir standartlara cavab verən səviyyədədir. Şəhərdə
yerləşən 1,2,3,4,5,6 saylı, kənd
bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni
qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin
təmirli bağçaların bariz nümunəsidir. Ötən il olduğu kimi, bu il
də bağça tikintisi və ya əsaslı təmir olunması istiqamətində görülən işlər
uğurla həyata keçirilir. Artıq xeyli vaxtdır ki,
təmirinə başlanılan uşaq bağçalarından biri də Qazaxbəyli kənd
uşaq bağçasıdır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov uşaq bağçasında olub görülən işlərlə
maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, hazırda əlavə olaraq tikilmiş mətbəxdə kafel-metlax işləri görülür.
Otaqlarda isə üzlük vurulması işi yekunlaşmaq üzrədir. Bundan əlavə, bütün
elektrik xətti çəkilib, istilik sisteminin çəkilişi isə davam edir. Həmçinin,
bütün qapı və pəncərələr yenilənib. Pəncərələrin kənarına aqlaydan haşiyələr
vurulub. Bağçanın həyətində isə tamet döşənməsi üçün alt hissənin hazırlıq
işləri aparılır. Onu da qeyd edək ki, bağça
binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar çəkilərək suvanıb. 2
ədəd sanitar qovşağı yaradılıb. Bağça müdiri Gözəl Allahverdiyeva
son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə
görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bütün sahələrlə
yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunmasını kənd
sakinlərinin də minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb. Təmir
işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər,
valideynlər, eləcə də bütün kənd sakinləri adından bir daha minnətdarlığını
çatdırıb. Görülən işlərlə tanış olan
rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş