Ümummilli lider sonsuz məhəbbət və ehtiramla yad edildi
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
İctimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ulu öndərin abidəsini ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və yaradıcılığını əks etdirən filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olub, öz ürək sözlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir.
Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf hazırda Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam edir.

Vəli VƏLİYEV,
“Respublika” qəzeti
14 dekabr 2017-ci il
“Respublika” qəzeti
14 dekabr 2017-ci il
Facebook-da paylaş