• Təqvim

  • Maraq



2023-cü ildə Qazax rayonunda əmək bazarının vəziyyəti haqqında


Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. 

Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri yaradılmışdır.

Əhalinin iqtisadi fəallığına dair keçirilən müayinənin nəticələrinə əsasən rayonda 2024-cü ilin yanvar ayının 1-i tarixinə 55191 nəfər iqtisadi fəal əhali olmuşdur ki, bu, ümumi rayon əhalisinin 57,4 faizini təşkil edir. İqtisadi fəal əhalinin 52395 nəfəri iqtisadiyyatda məşğul olanlardır. İqtisadiyyatda məşğul olanların 21,5 faizi şəhər, 48,5 faizi kənd əhalisidir. İqtisadi fəal əhalinin 5,4 faizi, yəni 2796 nəfəri işsizdir. Onlardan 2629 nəfər məşğulluq orqanlarında qeydiyyatdadır. İl ərzində 73 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur.

Məşğul əhalinin 11288 nəfəri və yaxud 21,5 faizi muzdla işləyir. Muzdla işləyən işçilərin 4819 nəfəri maddi istehsal sahələrində, 6469 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 61,4 faizi dövlət, 38,6 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdə çalışanlardır.

İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 433 nəfəri kənd  təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1545 nəfəri sənayedə, 211 nəfəri tikintidə, 2512 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin və nəqliyyat vasitələrinin təmiri, 231 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 122 nəfəri informasiya və rabitədə, 118 nəfəri  maliyyə və sığorta sahəsində, 621 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminatda, 3181 nəfəri təhsildə, 1365 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 593 nəfəri istirahət, əyləncə və incəsənət sahəsində, 356 nəfəri digər xidmət sahələrində çalışmışdır.

Muzdla işləyənlərin strukturu

 

2023-cü il ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 12,8 faiz artaraq 651,1 manat təşkil etmişdir. Dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqları 648,9 manat, qeyri-dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqları isə 654,6 manat olmuşdur. Emal sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı  rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması əmək bazarının inkişafı üçün əsaslı zəmin yaratmışdır. Belə ki, 2023-cü ildə rayonda 21 müəssisə yaradılmış, 1144 fiziki şəxs qeydiyyatdan keçmişdir. İl ərzində 81 yeni iş yeri açılmışdır. 2023-cü ildə işçi qüvvəsinin hərəkətinə dair məlumatların təhlili göstərir ki, hüquqi şəxslər tərəfindən bu dövr ərzində boş iş yerlərinə 1409 nəfər qəbul edilmişdir ki, bunun 2 nəfəri əlavə açılmış iş yerlərinə, 9 nəfəri məşğulluq orqanlarının göndərişi ilə qəbul edilmişdir. İşdən çıxanların sayı isə 1578 nəfər olmuşdur. 

İqtisadiyyatın fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı və orta aylıq nominal əməkhaqqı

 

İşçilərin orta illik

sayı, nəfər

Orta aylıq nominal əməkhaqqı, manatla

2023-cü il

2022-ci il

2023-cü il

2022-ci il

2023-cü il 2022-ci ilə nisbətən

faizlə

Rayon üzrə  cəmi

11288

11568

651,1

577,0

112,8

o cümlədən:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

 

433

 

426

 

521,2

 

430,7

 

121,0

Mədənçıxarma sənayesi

313

321

958,4

817,8

117,2

Emal sənayesi

831

875

1104,5

901,1

122,6

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

 

240

 

208

 

849,9

 

763,7

 

111,3

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

 

161

 

162

 

501,6

 

437,7

 

114,6

Tikinti

211

145

504,9

504,4

100,1

Topdan və pərakəndə ticarət;

avtomobillərin və motosikletlərin təmiri

 

2512

 

2630

 

465,9

 

410,6

 

113,5

Nəqliyyat və anbar təsərrüfatı

231

329

849,3

983,2

86,4

Yaşayışın təşkili və ictimai iaşə

24

26

455,5

348,5

130,7

İnformasiya və rabitə

122

126

542,1

506,1

107,1

Maliyyə və sığorta fəaliyyəti

118

105

1403,1

1353,7

103,6

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

 

41

 

40

 

405,0

 

347,3

 

116,6

Peşə, elmi və texniki fəaliyyət

25

29

565,6

402,7

140,5

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

 

231

 

163

 

517,6

 

434,2

 

119,2

Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat

 

621

 

619

 

965,9

 

870,3

 

111,0

Təhsil

3181

3361

589,6

531,6

110,9

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

 

1365

 

1360

 

707,8

 

591,1

 

119,8

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

 

593

 

604

 

474,4

 

391,1

 

121,3

Digər sahələrdə xidmətlərin göstərilməsi

 

35

 

39

 

765,0

 

569,8

 

134,3

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş