Qazax Rayon Gənclər və İdman İdarəsi il ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllüləri və bir sıra təşkilat rəhbərlərini mükafatlandırıb
Dekabrın
28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən COVID-19 pandemiyası ilə
bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ
Qərargahın tələblərinə uyğun olaraq 2020-ci il ərzində keçirilən tədbirlərdə
fəal iştirak etmiş könüllülərin və bir sıra təşkilat rəhbərlərinin
mükafatlandırılması həyata keçirilib.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev il ərzində keçirilən
tədbirlərdə fəal iştirak edən könüllülərə və təşkilat rəhbərlərinə göstərdikləri
dəstəyə görə minnətdarlığını bildirib. Pandemiya ilə bağlı keçirilən tədbirlərdəki
fəal iştiraklarına görə razılığını çatdırıb.
Mükafata
layiq görülən könüllülər, təşkilat rəhbərləri onlara göstərilən qayğıya və
əməklərinə verilən qiymətə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd
edək ki, ümumilikdə, 20 nəfər qiymətli hədiyyə və diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş