Əsas Səhifə > Gənclər > Qazax Rayon Gənclər və İdman İdarəsi il ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllüləri və bir sıra təşkilat rəhbərlərini mükafatlandırıb

Qazax Rayon Gənclər və İdman İdarəsi il ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllüləri və bir sıra təşkilat rəhbərlərini mükafatlandırıb


29-12-2020, 11:42


Dekabrın 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq 2020-ci il ərzində keçirilən tədbirlərdə fəal iştirak etmiş könüllülərin və bir sıra təşkilat rəhbərlərinin mükafatlandırılması həyata keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev il ərzində keçirilən tədbirlərdə fəal iştirak edən könüllülərə və təşkilat rəhbərlərinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Pandemiya ilə bağlı keçirilən tədbirlərdəki fəal iştiraklarına görə razılığını çatdırıb.

Mükafata layiq görülən könüllülər, təşkilat rəhbərləri onlara göstərilən qayğıya və əməklərinə verilən qiymətə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, ümumilikdə, 20 nəfər qiymətli hədiyyə və diplomlarla təltif olunublar.







 

GOYEZEN.AZ


Geri qayıt