Qazaxda basketbol idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilib
Bu gün Qazax
Rayon Gənclər və İdman İdarəsi tərəfindən basketbol idman növü üzrə "Könüllülər Kuboku” yarışı keçirilib. Qazax
Olimpiya İdman Kompleksinin açıq tipli meydançasında keçirilən yarışlar
COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq təşkil olunub. Yarışda
ümumilikdə 7 komandadan 28 nəfər gənc iştirak edib. Gərgin və olduqca maraqlı keçən oyunların nəticəsinə görə qızlar
arasında "Qazax Gənclər evi” sosial xidmət müəssisənin könüllülərindən ibarət
komanda I yerə, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllərindən ibarət
komanda II yerə, Qazax Dövlət Sosial-İqtisadi Kollecin könüllülərindən ibarət
komanda III yerə layiq görülüblər. Oğlanlar arasında isə Kosalar kənd bələdiyyəsinin könüllərindən ibarət
komanda I yeri, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllərindən ibarət
komanda II yeri, Qazaxbəyli kənd bələdiyyəsinin könüllülərindən ibarət komanda III
yeri qazanıblar. Sonda I,II,III yeri tutan komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən diplomlarla təltif ediliblər.
GOYEZEN.AZ
Facebook-da paylaş