Əsas Səhifə > İdman > Qazaxda basketbol idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilib

Qazaxda basketbol idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilib


18-09-2020, 18:37


Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən basketbol idman növü üzrə "Könüllülər Kuboku” yarışı keçirilib. Qazax Olimpiya İdman Kompleksinin açıq tipli meydançasında keçirilən yarışlar COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq təşkil olunub. Yarışda ümumilikdə 7 komandadan 28 nəfər gənc iştirak edib.

Gərgin və olduqca maraqlı keçən oyunların nəticəsinə görə qızlar arasında "Qazax Gənclər evi” sosial xidmət müəssisənin könüllülərindən ibarət komanda I yerə, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllərindən ibarət komanda II yerə, Qazax Dövlət Sosial-İqtisadi Kollecin könüllülərindən ibarət komanda III yerə layiq görülüblər.

Oğlanlar arasında isə Kosalar kənd bələdiyyəsinin könüllərindən ibarət komanda I yeri, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllərindən ibarət komanda II yeri, Qazaxbəyli kənd bələdiyyəsinin könüllülərindən ibarət komanda III yeri qazanıblar.

Sonda I,II,III yeri tutan komandalar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.






 

GOYEZEN.AZ


Geri qayıt