Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol yarışları keçirilib
Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 9-11 sentyabr 2020-ci
il tarixlərində 16-29 yaş arası gənclər arasında "Könüllülər Kuboku” uğrunda
mini-futbol yarışları keçirilib. Qazax Olimpiya İdman Kompleksinin açıq tipli mini-futbol
meydançasında təşkil olunan yarışda 8 komandadan 76 nəfər futbolçu iştirak edib.
Yarışlar COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq
keçirilib. Gərgin və olduqca maraqlı keçən oyunların nəticəsinə görə Qazax Rayon
Gənclər və İdman İdarəsinin şəhid mayor Namiq Əhmədov adına könüllülərindən
ibarət komanda I yeri, Kosalar kənd bələdiyyəsinin könüllülərindən ibarət
komanda II yeri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin könüllülərindən ibarət
komanda isə III yeri tutub. Yarışda qalib olan komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif
edilib. Onu qeyd edək ki, "Könüllülər Kuboku” rayonda gənclərimizin asudə
vaxtlarının səmərəli təşkil edilməsi, narkotik və psixatrop maddələrdən, eləcə
də digər pis vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi və idmana marağının
artırılması məqsədilə keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş