Qazaxlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib
Bu gün yarışın final görüşləri keçirilib. 3-cü yer uğrunda görüşdə şəhər 3 saylı tam orta məktəbin komandası ilə Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Qazaxbəyli məktəbliləri qalib gəlib.
Final görüşündə isə şəhər 2 saylı tam orta məktəbin komandası ilə Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinciliyin qalibi adı uğrunda mübarizə aparıb. Salahlı məktəbliləri 7-1 hesabı ilə qələbə qazanaraq yarışın qalib olub.
Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yeri tutmuş komanda üzvləri isə müvafiq diplomlarla təltif olunub.
Facebook-da paylaş