Əsas Səhifə > İdman > Qazaxlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib
Qazaxlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib30-03-2018, 15:30 |
![]() Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində mini-futbol üzrə rayon birinciliyi keçirilib. 13-16 mart tarixlərdə keçirilən birincilikdə 13-14 yaşlı rayon məktəbliləri iştirak edib. Qalib adı uğrunda 14 komanda mübarizə aparıb. Bu gün yarışın final görüşləri keçirilib. 3-cü yer uğrunda görüşdə şəhər 3 saylı tam orta məktəbin komandası ilə Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Qazaxbəyli məktəbliləri qalib gəlib. Final görüşündə isə şəhər 2 saylı tam orta məktəbin komandası ilə Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinciliyin qalibi adı uğrunda mübarizə aparıb. Salahlı məktəbliləri 7-1 hesabı ilə qələbə qazanaraq yarışın qalib olub. Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yeri tutmuş komanda üzvləri isə müvafiq diplomlarla təltif olunub. ![]() ![]() ![]() ![]() GOYEZEN.AZ
Geri qayıt |