• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

Qazax rayon Gənclər Mərkəzində keçirilən yarışda orta ümumtəhsil məktəblərindən və müstəqil komandalar olmaqla, ümumilikdə 13 komanda iştirak edib.
Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib
Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəbin "Just Watch" komandası I, şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəbin "All Stars" komandası II, müstəqil "Black Storm" komandası isə III yerə layiq görülüblər.

Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfdən kubokla, I, II, III yeri tutmuş komandaların üzvləri isə Fəxri Fərmanla təltif olunublar.

Qeyd edək ki, bu komandaların oyunçularından formalaşdırılacaq komanda rayonumuzu zona birinciliyində təmsil edəcəkdir.

Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib
Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib
Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib
GOYEZEN.AZ

Facebook-da paylaş