"Vətənin müdafiəsinə hazıram"
Qazax şəhər stadionunda keçirilən yarışda 12 məktəbdən 72 nəfər (hər komandada 5 şagird və 1 müəllimdən ibarət) iştirak edib.
Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbin komandası I yerə, M.Hüseyn adına məktəb-liseyin komandası II yerə, Canalı və Orta Salahlı kənd tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər.
Komandalar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar.
Facebook-da paylaş