• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib

Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbin idman zalında 2002-2004-cü il təvəllüdlü məktəbli oğlanlar və qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Oğlanların yarışında 7 komandadan 84 nəfər, qızların yarışında isə 5 komandadan 60 nəfər məktəbli iştirak edib.

Yarışın yekunlarına görə, oğlanlar arasında Aslanbəyli kənd orta məktəbin komandası I yerə, Birinci Şıxlı kənd tam orta məktəbin komandası II yerə, Qazax şəhər 4 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.

Qızların yarışında isə Birinci Şıxlı kənd tam orta məktəbin komandası I yeri, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin komandası II yeri, Qazax şəhər 2 saylı tam orta məktəbin komandası isə III yeri qazanıblar.

Qalib komandalar Qazax rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I ,II, III yeri tutmuş komandaların üzvləri isə isə müvafiq diplomlarla təltif olunublar.

GOYEZEN.AZ

Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib
Qazaxda voleybolçu oğlan və qızların rayon birinciliyi keçirilib

Facebook-da paylaş