Qazaxda atletika idman növü üzrə “Könüllülər Kuboku” yarışı keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən atletika idman növü üzrə "Könüllülər Kuboku” yarışı keçirilib. Qazax Olimpiya İdman Kompleksinin açıq tipli idman meydançasında təşkil olunmuş yarışda koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatına uyğun olaraq, sosial məsafə qorunub, iştirakçıların hərarəti yoxlanıldıqdan sonra yarışa start verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda oğlanlar arasında 400 metr məsafəyə qaçışda şəxsi birincilikdə Əliyev Anar Sərdar oğlu (Dəmiçilər kəndi) I yerə, Əliyev Ramiz Simnar oğlu (UGİM) II yerə, İsmayılov Əbdülmətin Ərşad oğlu (UGİM) III yerə layiq görülüblər. Qızlar arasında 100 metr məsafəyə qaçışda şəxsi birincilikdə Nəsibova Fidan Fəyaz qızı (Orta Salahlı kəndi) I yerin, Rəhimova Fəridə Yavər qızı (Çaylı kəndi) isə II yerin qalibi olub.
200 metr məsafəyə qaçışda oğlanlar arasında estafet komanda yarışında I yeri Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-1 komandası (İsmayılov Qasım Əbülfət oğlu, İsmayılov Əbdülmətin Ərşad oğlu), II yeri Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-2 komandası (Əliyev Ramiz Simnar oğlu, Qasımov Vaqif Xətai oğlu), III yeri Dəmirçilər kənd komandası (Əliyev Anar Sərdar oğlu, Tağıyev Rəhim Sarvan oğlu) qazanıblar.
Yarışda I,II,III yeri tutan idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar. Yarışda ümumilikdə 35 nəfər idmançı iştirak edib.
Facebook-da paylaş