• Təqvim

  • Unutma

  • Maraq



V qrant müsabiqəsinin qalibi olmuş Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin “Həyati bacarıqlarımızı qiymətləndirək!” adlı layihəsi fəaliyyətə başlayıb


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin ümumi təhsil müəssisələri üzrə qalibi olmuş Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin "Həyati bacarıqlarımızı qiymətləndirək!” adlı layihəsi 27 sentyabr 2021-ci il tarixdən fəaliyyətə başlayıb.  

"Həyati bacarıqlarımızı qiymətləndirək!” layihəsinin müddəti 4 aydır ki, bu, 27 sentyabr 2021-ci il - 27 yanvar  2022-ci il tarixlərini əhatə edir.

Layihənin məqsədi şagirdlərin həyati bacarıqlarını əsas götürməklə məktəbdaxili formativ qiymətləndirməni yüksək nəticələrlə reallaşdırmaqdır.

Layihə fəaliyyətini onlayn şəkildə TEAMS platforması üzərindən davam etdirir və başladığı ilk gündən etibarən Qazax rayonunda fəaliyyət göstərən bir neçə məktəblə yanaşı respublikanın müxtəlif məktəblərindən də şagirdlər qoşulmaqla öz bacarıqlarını reallaşdırırlar.

Layihənin açılış tədbiri A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə reallaşıb.

Açılış tədbirində layihənin rəhbəri məktəbindirektoru Söylü Xəlilova layihənin məqsədi, mahiyyəti və görüləcək işlər barədə ətraflı məlumat verib, şagirdləri təbrik edərək hər birinə irəliləyən dərslərdə daha çevik və mükəmməl olmağı arzulayıb.


Təlimin eksperti şagirdləri şifahi sorğu edərək onların maraq dairəsi və səviyyələri haqqında məlumatlar toplayıb. Təlimçi Tahirə Xasməmmədova "Biz məktəbə nə üçün gedirik?”, "Mənim arzum nədir?”, "Hansı fənni sevirsən və nə üçün?”.  Bu kimi suallarla şagirdlərə müraciət edib. Müraciət şagirdlər tərəfindən PADLET alətində icra olunub. Şagirdlər ilk dəfə bu aləti istifadə etdikləri üçün əvvəlcə çox çətinlik çəkiblər. Təlimçinin izahından sonra şagirdlərin bir qismi yazmağa müvəffəq olublar. Şagirdlərimiz ötən  dərs ili MS Teams platforması üzərindən dərslərə yiyələnmələrinə baxmayaraq, təlimçi bu bacarıqların formalaşması naminə elə ilk təlimdən ciddi addımlar atmağa başlayıb. Valideynlər üçün xüsusi tövsiyələr verilib ki, şagirdləri, xüsusilə azyaşlı şagirdləri həddindən çox əlavə dərslərlə yükləməyin onların fiziki və psixoloji cəhətdən yorğunluğuna səbəb olduğu, onlarda dərsə və ev tapşırıqlarına qarşı fobiya əmələ gətirdiyi diqqətə çatdırılıb.

Layihə öz işini - I-IV siniflər; V-VIII siniflər olmaqla 2 qrup üzrə uğurla davam etdirir.





GOYEZEN.AZ



Facebook-da paylaş