• Təqvim

  • Maraq



Qazaxda vətəndaş etdiyi müraciətin müsbət həllinə görə ölkə başçısına minnətdarlıq edir - VİDEO


Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Dövlət başçısının, Birinci vitse-prezidentin xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur. Bu, eyni zamanda bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Martın 7-də rayonun Aslanbəyli kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini Güləndam Qəhrəmanova qızının yeni tikilmiş evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi barədə müraciət etmişdi. Bu gün artıq həmin müraciət öz müsbət həllini tapıb. Qısa bir müddətdə vətəndaşın qızının evinə qaz xətti çəkilib və o, buna görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə, eləcə də əziyyəti keçən insanlara minnətdarlıq edir. Özünün söylədiyi kimi, qaz xəttinin çəkilməsini müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramı ərəfəsində qızının ailəsinə edilən böyük töhfə, bayram hədiyyəsi kimi qiymətləndirir. 

Bəli, bu gün Güləndam ananın müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşına olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

GOYEZEN.AZ internet portalı olaraq Güləndam ananın minnətdarlıq və razılıq dolu həmin videosunu təqdim edirik:



Facebook-da paylaş