• Təqvim

  • Maraq



Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən rayon məktəbliləri Qəbələ-Şəki-Zaqataladan xoş təəssüratlarla qayıdıblar


Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində rayon məktəbliləri 23-26 mart tarixlərində respublikamızın şimal-qərb bölgəsində olublar. Tur-aksiyada rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər əlaçı X-XI sinif şagirdi iştirak edib.

Ekskursiyanın təşkil edilməsində məqsəd Qəbələ, Şəki və Zaqatala rayonlarının tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olmaq, müxtəlif məzmunlu musiqili-əyləncəli, intellektual oyunlarda iştirak etmək olub.

Səfərə yola düşməzdən əvvəl Heydər Əliyev parkında təntənəli yolasalma mərasimi keçirilib, məktəblilər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Proqrama uyğun olaraq 4 gün davam edən tur-aksiyada iştirakçıların respublikamızın şimal-qərb bölgəsinə ekskursiyası Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzindən başlayıb. Belə ki, burada Qəbələ şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən məktəblilər təntənəli surətdə qarşılanıb.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Rayondakı “Qafqaz Karvansaray” otelinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanışlığa başlanılıb. Ümumilikdə 200 nəfər şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayın sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 200-dən çox küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlərMəktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Sonra gəzinti zamanı şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq martın 23-26-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gülü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada xatirə şəkilləri çəkdiriblər. Şagirdlər Nohur gölü sahilində bilyard və tennis oynayıb, çay içiblər.

Şagirdlərə qısa məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.

Sonra məktəblilər “Yeddi gözəl” şəlaləsinə səfər ediblər. Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə böyük həvəslə ekskursiya edən məktəblilər gözəl təbiət qoynunda istirahət ediblər, çay içərək mənzərəli guşədə xatirə şəkilləri çəkdiriblər. Şagirdlərə sıx meşəlik və hündür dağlıq ərazidə yerləşən “Yeddi gözəl” şəlaləsi barədə məlumat verilib. Bundan əlavə Yengicə kəndindəki “Zoopark”a ekskursiya da şagirdlərə xoş anlar yaşadıb.

Sonra tur-aksiya iştirakçıları üçün Qəbələ Mədəniyyət Mərkəzində konsert proqramı təqdim olunub. Yerli musiqiçilərin iştirak etdiyi iki saatlıq konsertdə xalq və bəstəkar mahnıları, aşıq musiqiləri səsləndirilib. Konsert şagirdlərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Ekskursiyanın II günü məktəblilər Qəbələnin başqa gəzməli, görməli yerləri ilə tanış olublar. Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.

Məktəblilərin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Xizəkçilik və Qış-Yay Turizm İstirahət Kompleksi olub. Şagirdlər kanat yolu ilə yüksəklikdən Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.

Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

“Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var.

Məktəblilər sonra Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.

Həmçinin şagirdlər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

Şagirdlər Qəbələyə səfərin sonunda “Qafqaz Resort”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.

Məktəblilərin səfərinin üçüncü günü isə şimal-qərb bölgəmiz olan Şəki şəhərində keçib. Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ulu öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib.

Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları sonra şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, qoruğun ərazisində dövlət tərəfindən qeydiyyata alınmış 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Muzeydə nümayiş olunan qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Sonra tur-aksiya iştirakçıları qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyi ilə tanış olublar.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Şəkiyə səfərləri çərçivəsində tur-aksiya iştirakçıları, həmçinin inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” və “Aşağı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub, kompleksin ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına baş çəkiblər.

Günün ikinci yarısı isə Zaqatala rayonu ilə tanışlıqla başlayıb. Tur-aksiya iştirakçılarını Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri mehribanlıqla qarşılayıblar.

Üç gün əvvəl başlanan tur-aksiya çərçivəsində artıq Qəbələ rayonunun, eləcə də qədim Şəkinin tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər ekskursiyadan olduqca məmnun görünürdülər. Bu məmnunluq onların şən əhval-ruhiyyəsindən, sevinc dolu baxışlarından da açıq-aydın hiss olunurdu. Bu sevinci isə onlara Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu möhtəşəm layihə bəxş edib.

Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Mərkəzin rəqs dərnəyinin üzvləri tur-aksiya iştirakçıları qarşısında milli rəqslər ifa ediblər.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları Əliabad qəsəbəsində fəaliyyət göstərən fındıq emalı müəssisəsində də olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Ekskursiyanın IV günü isə səfər proqramına uyğun olaraq Qəbələ şəhər İcra Aparatının məsul şəxsləri tərəfindən məktəblilərin yolasalma mərasimi olub. Günorta saatlarında məktəblilər Qazax şəhərinə dönüblər.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Onu da qeyd edək ki, tur-aksiya zamanı məktəblilər hər gün şam yeməyindən sonra müxtəlif idman yarışlarında, əyləncəli və intellektual oyunlarda da iştirak ediblər. 5 rayondan olan məktəblilər əsl bilik yarışı nümayiş etdiriblər. 40 komandanın iştirak etdiyi bilik yarışmasında Qazax komandası I yer tutaraq sertifikat və kuboka layiq görülüb.
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Məktəblilər ölkə başçısına minnətdarlıq edirlər
Tur-aksiya iştirakçılarından – Ağköynək kənd tam orta məktəbin XI sinif şagirdi Kənan Orucov, Kosalar kənd tam orta məktəbin XI sinif şagirdi Hüseyn Hüseynzadə, şəhər 4 saylı tam orta məktəbin XI şagirdi Gülbahar Mustafayeva və X şagirdi Qoşqar Eyyubzadə, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Kənan Bayramov, şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Ruhan Budaqlı, şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Adilə Səfərova və başqaları ekskursiya ilə bağlı təəssüratlarını bölüşərkən söyləyiblər ki, səfər etdiyimiz rayonlardakı qədim və müasir milli arxitekturalı abidələr, göz oxşayan təbiət mənzərələri bizdə ən xoş hisslər və maraq yaratdı. Anladıq ki, bizim bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan ölkəmiz vardır. Onlar bu bölgəyə gələcəkdə bir daha gəlmək arzusunda olduqlarını bildiriblər.

Valideynlər və şagirdlər öz çıxışlarında bu cür maarifləndirici tədbirlərin əhəmiyyəti barədə danışıb və belə tur-aksiyanın təşkilinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Rasim CARÇIYEV,
rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi,
“Ölkəmizi tanıyaq” tur-aksiyasının qrup rəhbəri


Facebook-da paylaş