Qazaxda şəhərin prospekt və küçələrində aparılan abadlıq işləri öz axarı ilə davam edir
Hər kəsə yaxşı məlumdur ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda regionların
sosial-iqtisadi inkişafına dair qəbul
olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra edilməkdədir. Dövlət
başçısının diqqət və qayğısı sayəsində respublikamızın
bölgələrini əhatə edən quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış
binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq
bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması haqqında
söhbət açdığımız abadlıq işlərinin bariz nümunəsidir. Məhz bu
işlər nəticəsində Qazax bölgənin gündən-günə inkişaf edən, abadlaşan
rayonları sırasına daxil olur. Yola
saldığımız 2020-ci ildə tikinti-quruculuq işlərinə necə start
verilmişdisə, qarşıladığımız yeni ildə də ilk gündən abadlıq işlərinə həmin
sürətlə başlanılıb. Görülməsi nəzərdə tutulan işlərə nəzər yetirsək əminliklə
söyləyə bilərik ki, dövlət başçısı İlham Əliyevin diqqət və
qayğısı sayəsində Qazaxda bu il də daha çox iş görüləcək. Xəbər
verdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən
Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi
həyata keçirilir. Təqdirəlayiq hal isə odur ki, təkcə şəhərdə su və
kanalizasiya xətlərinin çəkilişi aparılmır, eyni zamanda işlər yekunlaşan
ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr
asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri
səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır. Ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya
sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa
çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin
Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla
Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd
Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa
Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış
massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində
yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri
aparılaraq "Abad məhəllə” kimi sakinlərin
istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur. Hazırda su və kanalizasiya
sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha iki
küçəsində - Azadlıq və Murtuz Carçıyev küçələrində
abadlıq işləri aparılır. Belə
ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin
hazırlıq işlərinə, o cümlədən köhnə tametlərin sökülərək yenidən vurulmasına
başlanılıb. Qazaxda
aparılan genişmiqyaslı quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu
işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsi Azadlıq küçəsi (mərkəzi Poçtdan bazara kimi olan hissə) Murtuz Carçıyev küçəsi Molla Vəli Vidadi küçəsi
Heydər Əliyev prospektində fəaliyyət göstərən və yeni tamet vurulan Universam ticarət mərkəzinin qarşısı Heydər Əliyev prospekti GOYEZEN.AZ
Facebook-da paylaş