• Təqvim

  • Maraq



Qazaxda şəhərin Heydər Əliyev prospektində və daha 2 küçəsində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissəsində asfalt vurulması üçün hazırlıq işlərinə başlanılıb


Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazax rayonunda da uğurla davam etdirilir. Bunu son illər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işlərindən də görmək olur. Məhz bu işlər sayəsində Qazax rayonu gündən-günə inkişaf edir, respublikamızın abad rayonlarından birinə çevrilir. Son dövrlər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması, şəhərin prospekt və küçələrində aparılan genişmiyqaslı abadlıq işləri bu dediklərimizin bariz nümunəsidir.

Yola saldığımız 2020-ci ildə böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə bu il yenidən start verilib. Görülməsi nəzərdə tutulan bütün işlər qaldığı yerdən uğurla davam etdirilir. İlin ilk günlərindən start götürən abadlıq işləri onu söyləməyə əsas verir ki, bu il də ötən ildəkindən daha çox iş görüləcək. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qərbin qapısı sayılan Qazaxda Dövlət Proqramında mühüm yer tutan quruculuq işləri bu il də uğurla icra ediləcək.


Hər kəsə o da yaxşı məlumdur ki, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, yola saldığımız 2020-ci ildə şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vuruldu. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verildi.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır. Bununla yanaşı, prospektdə və daha iki küçədə - Azadlıq Murtuz Carçıyev küçələrində su-kanalizasiya sisteminin çəkilişləri başa çatan hissələrdə abadlıq işlərinə başlanılıb. Belə ki, işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işlərinə start verilib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də könül xoşluğu, razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospekti

















 Azadlıq küçəsi




 Murtuz Carçıyev küçəsi



GOYEZEN.AZ



Facebook-da paylaş