Əsas Səhifə > Sosial > Qazaxda şəhərin prospekt və küçələrində aparılan abadlıq işləri öz axarı ilə davam edir

Qazaxda şəhərin prospekt və küçələrində aparılan abadlıq işləri öz axarı ilə davam edir


18-01-2021, 19:26

Hər kəsə yaxşı məlumdur ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra edilməkdədir. Dövlət başçısının diqqət və qayğısı sayəsində respublikamızın bölgələrini əhatə edən quruculuq işləri Qazaxda da geniş vüsət alıb. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması haqqında söhbət açdığımız abadlıq işlərinin bariz nümunəsidir. Məhz bu işlər nəticəsində Qazax bölgənin gündən-günə inkişaf edən, abadlaşan rayonları sırasına daxil olur.

Yola saldığımız 2020-ci ildə tikinti-quruculuq işlərinə necə start verilmişdisə, qarşıladığımız yeni ildə də ilk gündən abadlıq işlərinə həmin sürətlə başlanılıb. Görülməsi nəzərdə tutulan işlərə nəzər yetirsək əminliklə söyləyə bilərik ki, vlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda bu il də daha çox iş görüləcək.

Xəbər verdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Təqdirəlayiq hal isə odur ki, təkcə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi aparılmır, eyni zamanda işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha iki küçəsində - Azadlıq və Murtuz Carçıyev küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işlərinə, o cümlədən köhnə tametlərin sökülərək yenidən vurulmasına başlanılıb.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsi







Azadlıq küçəsi (mərkəzi Poçtdan bazara kimi olan hissə)


Murtuz Carçıyev küçəsi


Molla Vəli Vidadi küçəsi





Heydər Əliyev prospektində fəaliyyət göstərən və yeni tamet vurulan Universam ticarət mərkəzinin qarşısı










Heydər Əliyev prospekti

GOYEZEN.AZ


Geri qayıt