İşə can yandıranda...
Son illər ölkəmizin kənd təsərrüfatında yüksək göstəricilərə nail olunmasında bu sahəyə göstərilən dövlət qayğısının rolunu xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyildir ki, Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditin yarıdan çoxu məhz aqrar sektora yönəldilir. Məhsul istehsalçılarına mineral gübrələr 70, texnika 40 faiz güzəştlə satılır. Son illər həyata keçirilən çoxlu sayda infrastruktur layihələrini də bura əlavə etsək, aqrar sahənin belə sürətli inkişafının səbəblərini aydın görə bilərik.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovla söhbətimiz də elə bu barədə oldu. Öyrəndik ki, digər bölgələr kimi, Qazaxda da yaradılan imkanlardan səmərəli istifadə olunur, ölkə rəhbərinin aqrar sahənin inkişafı istiqamətində qarşıya qoyduğu tapşırıqlar uğurla yerinə yetirilir. Həm kənd təsərrüfatı məhsulları istehsalının həcmi artır, həm də rayon sakinlərinin maddi rifah halı yaxşılaşır.
Rayonda taxılçılığın inkişafı ilə bağlı son illər bir sıra tədbirlər həyata keçirilmişdir. İlk növbədə uzun illər istifadəsiz qalmış torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Nəticədə əgər keçən il rayonda 7 min 820 hektar sahədə taxıl əkilmişdisə, bu il onun həcmi 10 min 882 hektara çatmışdır. Bunun 8 min 188 hektarı buğda, 2 min 694 hektarı arpadır. Prezidentin sərəncamına uyğun olaraq, Qazax rayonu ərazisində də taxıl sahələrinin monitorinqi keçirilmiş, əkilmiş sahələrin dəqiq uçotunun aparılması, arpa və buğda sahələrinin qeydiyyatı bir daha dəqiqləşdirilmişdir. Monitorinq zamanı ən çox taxıl əkilmiş I və II Şıxlı, Kəmərli, Yuxarı Salahlı, Çaylı, Qaymaqlı və digər kəndlərdə heç bir nöqsan aşkar edilməmişdir.
Hazırda rayonda arpa biçilir. Məhsuldarlıq pis deyil. Hər hektardan orta hesabla 30,6 sentner buğda, 24,8 sentner arpa götürülüb. Bu da keçən ildəkindən xeyli çoxdur. Hər gün sahələrə 15 kombayn çıxır. Biçilmiş sahələrin məhsulunu xırmanlara daşımaq üçün də istənilən qədər texnika ayrılmışdır. Yığım zamanı qarşıya çıxa biləcək problemlərin operativ həll edilməsi məqsədilə rayon icra hakimiyyətində qərargah yaradılmışdır. Kombaynçıların həmin qərargahla əlaqəsini təmin etmək üçün "qaynar xətt” fəaliyyət göstərir. Günün sonunda qərargahda biçinin gedişi təhlil edilməklə növbəti gün üçün görüləcək işlər müəyyənləşdirilir.
Qazaxda texnika təminatında da problem yoxdur. 154 traktor, 87 kotan, 74 mala, 15 gübrəsəpən, 46 taxılsəpən, suvarma arxlarını qaydaya salan 44 kotan, 29 taxılbiçən kombayn, 7 kartofsəpən, 7 otbiçən, 15 dırmıq, 55 otpresləyən məhsul istehsalçılarının ixtiyarındadır.
Bu il Qazaxda taxıldan savayı, 86,5 hektarda vələmir, 433 hektarda kartof, 324 hektarda qarğıdalı, 435 hektarda tərəvəz, 34,5 hektarda bostan bitkiləri, 46,5 hektarda günəbaxan, 10 hektarda tütün, 520 hektara yaxın sahədə şəkər çuğunduru əkilmişdir. Hazırda sahələrdə bol məhsul var. Onların tez və itkisiz yığılması üçün hazırlıq işləri başa çatmışdır.
Rayonda kənd təsərrüfatı üzrə qazanılan uğurlarda iri fermer təsərrüfatlarının rolu böyükdür. Belə təsərrüfatlarda işlərin gedişi ilə tanış olmaq üçün Yuxarı Salahlı kəndində fəaliyyət göstərən "Vinqas” MMC-nin əkin sahələrində olduq. MMC-nin icraçı direktoru Paşa Aşurov dedi ki, bu il 250 hektarda qarğıdalı, 90 hektarda şəkər çuğunduru, bir qədər də kartof əkmişlər. Toxumun alınıb səpilməsi və texnika təminatından tutmuş məhsulun yığılmasınacan heç bir problemləri yoxdur.
Çuğundurun satışında da çətinlik olmayacaq. Artıq İmişli Şəkər Zavodu ilə müqavilə bağlanmışdır. İşlərin görülməsinə Yuxarı Salahlı kəndinin sakinləri cəlb edilmişlər. Onlar sahələrdə alaq otlarının vurulmasında, bitkinin dibinin boşaldılmasında çalışırlar. Əvəzində hər hektar sahə üçün 100 manat əməkhaqqı alırlar. Təsərrüfatın su problemi də yoxdur. Əkin sahələri güclü nasoslarla Kür çayından götürülən su ilə suvarılır.
Qazaxda iqtisadi cəhətdən səmərəli olan tütünçülük də inkişaf edir. Keçən ildən fərqli olaraq bu il tütün şitilləri polietilen örtüklər altında yetişdirilərək sahələrə köçürülmüşdür. Bu da məhsulun maya dəyərinə müsbət təsir göstərir. Ən çox tütün əkilən Kosalar kəndində olduq. Burada da əsas işçi qüvvəsi yerli sakinlərdir.
Onlardan Kifayət Əliyeva, Minayə Qarayusifova, Ramilə Əliyeva, Nəriman Əliyev, İlham İsgəndərov və başqaları ilə söhbət etdik. Razılıqlarını bildirdilər. Dedilər ki, hər hektara görə 120 manat əməkhaqqı alırlar.
Kənd icra nümayəndəsi Barat Vəliyev bildirdi ki, ikinci ildir kənddə tütün əkilir: "Camaat artıq tütünün "dilini” öyrənib. Bütün aqrotexniki qaydalara əməl olunur. Su problemi yaşanmır. Kənddə 15 subartezian quyusu var və hamısı işlək vəziyyətdədir. Hazırda 30 nəfər kənd sakini mövsümi işə cəlb edilib. Məhsul yığımında onların sayı 80-90 nəfərə çatacaq”.
Kənddə baramaçılığa da maraq çoxdur. Bu il ən çox ipəkqurdu saxlayan Murad Alıyevdir. Keçən il 126 kiloqram barama təhvil verən kümçü bu il həmin rəqəmi 200 kiloqrama çatdırıb. Qazancı da pis deyil.
Bir sözlə, Qazaxda iş başdan aşır. Kəndlərdə bekar adam yoxdur. Hamı sübh tezdən sahələrə çıxır, gün batanadək oranı tərk etmir.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
16 iyul 2017-ci il
"Azərbaycan” qəzeti
16 iyul 2017-ci il
Facebook-da paylaş