Ulu Öndər Heydər Əliyev Azərbaycan adlı böyük, qüdrətli bir şah əsərin memarıdır
Əlçatmaz zirvədə olduğunu bütün bəşəriyyətin təsdiq etdiyi dahiliyi, müdrikliyi ilə illər keçdikcə xatırlanacaq əsl millət atası Heydər Əliyevin irsi böyük bir xəzinədir. Dahi şəxsiyyətin qoyub getdiyi bu irs hələ neçə-neçə nəsillərə örnək olub, bir nümunəyə çevriləcəkdir. O, həm də bir memardır. Azərbaycan adlı böyük, qüdrətli bir şah əsərin memarı. Onun bənzərsiz yolu, zəngin ictimai-siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli bir mərhələni təşkil edir. Özünün çoxşaxəli fəaliyyəti, müdrikliyi ilə görkəmli dövlət və siyasi xadim kimi tarix salnaməsində özünəməxsus yer tutmuşdur. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun əsgəri olmuş Ümummilli Liderimiz öz əbədiyaşarlığı, ölümsüzlüyü ilə həmişə bahar çiçəkləri kimi təravətli olacaq. Çünki O, yalnız dünənin və bu günün yox, daha çox gələcəyin adamıdır. Çağdaş Azərbaycan tarixində Heydər Əliyevin rəhbərlik dövrü Azərbaycan dövlətçiliyinin təşəkkül tapıb formalaşmasında ilkin mərhələ olub. Bütün xalqımız Heydər Əliyevlə fəxr edir, etməyə də haqlıdır. Azərbaycan xalqı öz böyük oğlunu dünya şöhrətli dahi Ulu Öndərinin işıqlı xatirəsini qəlbində əbədi yaşadacaq.
Dekabrın 11-də “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Qazax rayon Qazaxbəyli kənd kitabxanasının, Qazax RİH başçısının Aşağı Salahlı və Orta Salahlı kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin, Qazax rayon Canalı kənd tam orta məktəbin, Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin, Qazax rayon Akif Bəbirov adına Xanbağı kənd tam orta məktəbin, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin, Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri, Ağstafa rayon Qarahəsənli kənd körpələr evi-uşaq bağçasının müəllim və körpələri Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dahi şəxsiyyətin xatirəsini ehtiramla anaraq Mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib, film və “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi nümayiş etdirilib.
Facebook-da paylaş