• Təqvim

  • Maraq



Bahar nə xoş gəlir...

Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd olunub


Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti sübut edir.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Qazaxda ümumrayon şənliyi keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov və cəmiyyətin üzvləri, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və digər qonaqlar Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Xalçalarla bəzədilmiş fayton meydana daxil olub. Bahar qız faytondan düşərək Rəcəb Babaşova və akademik Teymur Bünyadova Novruzun rəmzi olan səmənini təqdim etdikdən sonra tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və akademik Teymur Bünyadov Novruzun rəmzi olan tonqalı alovlandırdıqdan sonra rayon rəhbərliyi və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.

Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub.

Sonra tədbir Olimpiya İdman Kompleksinin içərisində davam edib.

Bahar nə xoş gəlir...
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz gün - Novruz bayramı münasibətilə xalqımızı təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Bahar nə xoş gəlir...
R.Babaşov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində böyük və əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev çıxışlarının birində Novruzun yaranma tarixinə toxunaraq demişdir: ”Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”. Novruz bayramı xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir.


Aparıcı Afaq Gəncəli konsert proqramını açıq elan edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, rayon sakinlərinə ən xoş arzularını çatdırıb. Sonra Bakıdan rayonumuza dəvət olunmuş müğənnilər növbə ilə səhnədə yer alıblar.

Bahar nə xoş gəlir...
Respublikanın əməkdar artistlərindən İzzət Bağırovun, Almaz Orucovanın, Elza Seyidcahanın, respublikanın xalq artisti Bilal Əliyevin və “Qismət” qrupunun ifa etdikləri bir-birindən şən, şux mahnılar şənlik iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Sonra səhnə idmançıların ixtiyarına verilib. Onlar idmanın müxtəlif növlərində nümunəvi çıxışlar ediblər.


Qədim el sənətini yaşadan aşıqların çıxışları da tədbirə toplaşanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Əməkdar incəsənət xadimi, aşıq Əhliman, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Sədaqət Ulduz, Camoy Qurbanov və Yaşar Gülümcanovun ifa etdikləri aşıq mahnıları tamaşaçıların bayram sevincini daha da artırıb.

Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Bahar nə xoş gəlir...
Qazax rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram şənliyi böyük ruh yüksəkliyi ilə başa çatıb.

Elçin İSMAYIL


Facebook-da paylaş