• Təqvim

  • Maraq



“Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda növbəti tarix dərsi keçirilib


Müstəqilliyimizin xilaskarı, milli dövlətçilik ideyasının müəllifi Heydər Əliyevin mənalı həyatının və siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda  keçirilən tarix dərsləri davam edir.

Dekabrın 13-də keçirilən növbəti dərsdə Qazax şəhər humanitar və təbiət fənləri üzrə məktəb-liseyin tarix müəllimi Yeganə Qasımova və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Bugünkü dərsin mövzusu “XX əsrin 90-cı illərində həyata keçirilən sosial-iqtisadi islahatlar” olub. Şagirdlərə Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı ağır, sosial, iqtisadi durum və Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində dövlətçiliyin qorunub saxlanması gücləndirilməsi istiqamətində görülən işlər, neft strategiyası, xarici investisiyalar, əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər və s. haqqında geniş məlumat verilib.

Dərsdə şagirdlərdən Ayxan Mirzəli, Əli Mirzəyev, Məfkurə Həsənova, Aydan Nəsibova, Aliyə Mahmudova, Aydan Məmmədova sual-cavabda fəal iştirak edərək seçiliblər.

GOYEZEN.AZ



Facebook-da paylaş