Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri də "Açıq dərs”də iştirak ediblər
Ulu Öndər
Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin təbliğ olunması məqsədilə Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər
Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”lər uğurla davam
etdirilir. Noyabr-dekabr aylarını əhatə edən layihədə rayon məktəblərinin yuxarı
sinif şagirdləri iştirak edir. Bugünkü "Açıq dərs”in
iştirakçıları isə Milli Qəhrəman Alı Mustafayevin adını daşıyan Qazaxbəyli kənd tam
orta məktəbin müəllim və yuxarı
sinif şagirdləri olub. Məktəblilər əvvəlcə Mərkəzin Heydər Əliyevin həyatının
və siyasi fəaliyyətinin hər bir dövrünü özündə əks etdirən eksponatlarla zəngin
olan ekspozisiya zalı ilə tanış olublar. Sonra məktəbin tarix müəllimi Elşən
Qocayev tərəfindən
oxunan "Müqəddəs missiya” adlı mühazirədə qeyd olunub ki,Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiləşdirilməsinə yönəlmiş fenomenal siyasi kursu ölkədə
ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməklə yanaşı xalqımızın
xoşbəxt gələcəyinə ünvanlanmışdı. Odur ki, Heydər Əliyev fenomenal qabiliyyətə
malik böyük siyasətçi, millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək
çox böyük işlər gördü və xalqının qəlbində əbədilik qazandı. Mühazirədən
sonra məktəblilər arasında mövzuya uyğun sual-cavab aparılıb və şagirdlərdən Türkan
Mirzəliyeva və Vilayət Qocayev xüsusilə fərqlənib. Dərsdən sonra mühazirədə əhatə olunan
dövrləri özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş